HAVA PROQNOZU:

SOSİAL

Oxundu: 100
Bakı metrosunda həyacan: qatar xətdən çıxarıldı

Bakı metrosunda həyacan: qatar xətdən çıxarıldı

Bu gün səhər saatlarında Dərnəgül-Həzi Aslanov istiqamətində hərəkət edən qatarda nasazlıq yaranıb.

İslamınSəsi-nin məlumatına görə, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AzVision.az-a bildirib ki, "Dərnəgül" stansiyasından "Memar Əcəmi" stansiyasına qədər qatar normal sürətindən yavaş hərəkət edib. 
 
"Qatar "Memar Əcəmi" stansiyasında xətdən çıxarılıb. Buna görə biraz gecikmə baş verib. Hazırda intervalın bərpa olunması üçün iş aparılır. Yaxın müddətdə gecikmə tam olaraq aradan qaldırılacaq"-deyə N.Paşayev vurğulayıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SOSİAL XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system