HAVA PROQNOZU:

SOSİAL

Oxundu: 128
Azərbaycanda 5 manatlıq xidmət 100 manata  qaldırıldı - RƏSMİ

Azərbaycanda 5 manatlıq xidmət 100 manata qaldırıldı - RƏSMİ

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının 2017-ci il üçün açıqladığı xidmətlərin qiymət cədvəli sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

İslaminSesi bildirir ki, müzakirələrə səbəb kitabxanadan AMEA üzvü olmayan vətəndaşlar üçün nəzərdə tutulan illik oxucu kartının qiymətinin fantastik dərəcədə artırılmasıdır. Belə ki, ötən illərdə bu kart üçün ödəniləcək məbləğ 5 manat olduğu halda, bu ildən etibarən qiymət 20 dəfə qaldırılaraq 100 manat nəzərdə tutulub. Aylıq oxucu kartının qiyməti isə 10 manatdır.

 

“Qafqazinfo” məsələylə bağlı AMEA Mərkəzi Elmi Kitabxanasının Beynəlxalq və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Mübariz Göyüşlü ilə əlaqə saxlayıb. Şöbə müdiri qiymət artımının səbəbini kitabxananın mühafizə sisteminin gücləndirilməsi ilə izah edib. O, bildirib ki, mühafizə məqsədilə binaya yeni işçi qüvvəsi cəlb edilməlidir:

 

“Mərkəzi Elmi Kitabxana AMEA-nın bir müəssisəsidir. Odur ki, bizim digər kitabxanalardan fərqli olaraq əsas işimiz Akademiyanın əməkdaşlarının oxucu hüququ qazanmasını təmin etməkdir. Yeni qaydalara əsasən, onlar üçün 1 illik oxucu kartının qiyməti 5 manat olaraq saxlanılıb. Bundan başqa, Akademiyada magistr təhsili alanlar, güzəşli kateqoriyasına daxil olan şəxslər üçün kitabxanadan istifadə ödənişsizdir. Ancaq artıq yuxarıda sadaladığımız kateqoriyalara daxil olmayan şəxslər üçün kart əldə etmək yanvar ayının 1-dən etibarən 100 manat nəzərdə tutulub. Bu yolla kitabxanada mühafizəni artırmaq üçün lazım olan əlavə işçi qüvvəsini cəlb etmək istəyirik”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SOSİAL XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system