HAVA PROQNOZU:

İQTİSADİYYAT

Oxundu: 123
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb

"İslaminSesi" bildirir ki, AMB-dən APA-ya verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi yanvarın 10-u ilə müqayisədə dəyişməyərək 1,7742 manat təşkil edib.

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,56% zəifləyərək 1,8719 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi 0,34% ucuzlaşaraq 0,0295 manat səviyyəsində qərarlaşıb.

Türkiyə lirəsinin məzənnəsi 2,68% zəifləyərək 0,4648 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1575 manatdır. Beləliklə, funt sterlinqin məzənnəsində 0,1%-lik artım baş verib.

Gürcüstan larisinin məzənnəsi də 0,05% möhkəmlənərək 0,6472 manat olub.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İQTİSADİYYAT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system