HAVA PROQNOZU:

SOSİAL

Oxundu: 785
Azad edilən məhbusları həbsxanaya yox, həyata necə qaytarmaq olar?

Azad edilən məhbusları həbsxanaya yox, həyata necə qaytarmaq olar?

Elnur Rüstəmov: “Həbsxana həyatı yaşayan insanlara cəmiyyət tərəfindən damğa vurulur”

 

Bu gün Azərbaycan cəmiyyətində kifayət qədər müzakirə olunan problemli  mövzulardan biri də həbsxana həyatı yaşayan insanların cəmiyyətə adoptasiya oluna bilməməsidir.  Statistikaya nəzər saldıqda həbsxana həyatı yaşayan insanların cəmiyyətə adoptasiya oluna bilməməsi səbəbindən yenidən cinayət törədərək geriyə qayıtdığını görürük.  Bu məsələdə bir çox obyektiv və subyektiv faktorlar rol oynasa da, əsas səbəb həm də cəmiyyətin məhbəs həyatı yaşayan insanlara fərqli yanaşmasıdır.

 

Bəs görəsən Azərbaycan cəmiyyətinin məhbuslara fərqli münasibətinin səbəbi nədir?. Nece etmək olar ki, məhbuslar azadlığa çıxdıqdan sonra rahat şəkildə cəmiyyətə adoptasiya olsunlar?

 

Mövzunu İslaminSesinə “Psixologiya və Konsultasiya Mərkəzi” nin rəhbəri, tanınmış psixoloq Elnur Rüstəmov şərh edib. Psixoloq bildirib ki,  həbsxanalar əslində islah əmək müəssisələridir. Bura düşən insanlar isə islah olunaraq cəmiyyətə ötürülməlidir: “ Məsələ burasındadır ki, Azərbaycanda məhbuslar sadəcə cəza çəkirlər və islah olunmurlar. Bunun bir sıra obyektiv və subyektiv səbəbləri mövcuddur. Subyektiv səbəblərdən biri də cəmiyyətin məhbuslara fərqli yanaşmasıdır. Həbsxana həyatı yaşayan insanlara cəmiyyət tərəfindən damğa vurulur.  Yəni bu cür insanlara cəmiyyətin güvəni olmur, onlar işə götürülmür və sair.  Digər bir səbəb isə məhbusların ailələri ilə bağlarının qırılmasıdır. Yəni bir şəxs həbsə düşüb cəza çəkir və geriyə döndüyü zaman ailəsinin dağıldığını görür.  Belə olan təqdirdə özünü cəmiyyətdə tapa bilməyən şəxs yenidən cinayət törədərək həbs həyatına geri dönmək istəyir”.

 

Elnur Rüstəmovun sözlərinə görə bu problemlə bağlı Ədliyyə Nazirliyinin nəzdində reabilitasiya mərkəzi yaradılıb və fəaliyyət göstərir. Həmçinin dövlət tərəfindən məhbusların cəmiyyətə asanlıqla adoptasiya edilməsi üçün müxtəlif proqramlar işlənib hazırlanıb. İndi əsas məsələ bu proqramları həyata keçirməkdir: “ Eyni zamanda cəmiyyət məhbus həyatı yaşayan insanlara münasibətini dəyişməlidir. Bunun üçün cəmiyyətdə maarifləndirmə işləri həyata keçirilməlidir. Məhbuslara qarşı fərqli yanaşma aradan qaldırılmalıdır. Bu zaman qeyd etdiyimiz problemlər asanlıqla öz həllini tapacaq”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SOSİAL XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system