NAMAZ VAXTLARI:
  • FƏCR 06:08
  • GÜN 07:28
  • ZÖHR 12:54
  • ŞAM 18:38
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:info@islaminsesi.az +994 70 843 2533
HAVA PROQNOZU:

SOSİAL

Oxundu: 184
Avstraliyada azad edilmiş Hələbə turist səfərləri təşkil edilir

Avstraliyada azad edilmiş Hələbə turist səfərləri təşkil edilir

İslaminSesi LİFE-a istinadla xəbər verir ki, terrorçuların işğalından azad edilmiş Hələb şəhərinə turizm səfərlərinin əsas təşkilatçısı yerli ictimai xadim Camal Dauddur. O, əslən yaxın şərqlidir, amma Avstraliyada yaşayır.

Camal deyir ki, səfər tamamilə təhlükəsizdir, çünki bütün marşrut üzrə hərəkətə suriyalı əsgərlər xidmət edir. O, öz sözlərinin təsdiqi kimi şəhərə hələ onun qismən yaraqlıların hakimiyyəti altında olduğu vaxt dəfələrlə getməsi faktını misal çəkir.

 

Səyahət qrupuna artıq 10 nəfərdən çox insan yazılıb. Turun ilkin qiyməti məlumdur: biryerli nömrə üçün 900 dollara yaxındır, ikinəfərlik yerləşdirilmə isə 700 dollardır. Turistlər üçün yeganə mənfi hal onların Hələbə özlərinin getməli olmalarıdır. Məsələn onlar ilk öncə Livanın paytaxtına təyyarə ilə, sonra isə Dəməşqə qədər avtobusla getməli olacaqlar.

"Bu günədək tura üç avstraliyalı, iki hollandiyalı, norveçli, amerikalı, Finlandiya vətəndaşı, amerikalı, hələ Ukraynadan olan turist də yazılmaq istəyirdi. Biz hamını dəvət edirik. Müxtəlif ölkələrdən turistlər yazıla bilərlər..." - deyə Camal elan edib.

 

Turun təşkilatçısı belə səfərlərin Suriya və bütün dünya üçün çox vacib olduğundan əmindir, çünki onlar insanlara nəinki Suriyanın gözəlliklərini, həm də ölkədə baş verən faktları öz gözləri ilə görməyə imkan yaradacaq. 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SOSİAL XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system