NAMAZ VAXTLARI:
  • FƏCR 03:26
  • GÜN 05:13
  • ZÖHR 12:44
  • ŞAM 20:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:info@islaminsesi.az +994 70 843 2533
HAVA PROQNOZU:

MÖVQE

Oxundu: 170
Atalar övladları ilə münasibətlərini necə qurmalıdırlar?

Atalar övladları ilə münasibətlərini necə qurmalıdırlar?

Təhsil həyatı ilə ata maraqlananda uşaqların daha çox uğur qazandığını bilirdiniz?

İslaminSesi ailədə ata modelinin  necə müasir dünya uzlaşdırmağın qaydalarını özündə ehtiva edən məqaləni sizə təqdim edir. Araşdırmalara görə ata ilə uşağın arasındakı bağın möhkəmliyi birbaşa ikincinin uğuruna təsir edir. Bəs atalar uşaqları ilə münasibətlərini daha yaxşı qurmaq üçün nələr etməlidirlər? 

 

Psixoloqlar bildirirlər ki, övladları ilə çox vaxt keçirən atalar daha çox valideynlik hissinə malik olurlar. Eyni zamanda məlum olmuşdur ki, ata ilə çox vaxtı bölüşən uşaqların riyazı qabiliyyəti və yaddaşı daha mönhkəm olur. Atanın digər bir rolu isə övladına bələdçi olmaq və onu xarici dünya ilə tanışlığında əsas rolu oynamasıdır. 

 

İntizamın daim zorakılıqla halına qalan ata modelinin övlad qarşıında hörməti olmaz. Bildirilir ki, danışaraq yoluna qoyulan problemlər uşaqda  daha çox özünə inam yaradır. 

 

Yaxşı ata olmaq üçün bu qaydalara riayət etmək kifayətdir. 

 

Sevginizi göstərin!

Uşaqların valideyn tərəfindən sevilməsi onları inamlı edər. 

 

Uşağın anasına hörmət edin!

Ataların edəcəyi ən yaxşı iş övladlarının analarına hörmət etməkdir. Hətta boşanma halında belə övladların yanında anaları dəstəkləmək lazımdır. Çünki hörmət özü ilə hörmət gətirər. 

 

Uşaqlarınızla birlikdə vaxt keçirin!

Uşağınızla vaxt keçirdikdə onun sizin üçün əhəmiyyətini ona göstərmiş olursunuz. Əgər daim yorğunsunuzsa və onunla keçirməyə vaxtınız yoxdursa o da sizi dinləməyəcəkdir. Həm də o qədər gözəl anlar var ki, bu fürsətləri əldən verməyin. 

 

Onu dinlədiyinizi ona hiss etdirin!

Bizim kimi mental ölkələrdə uşaqla ata arasında körpünü əsasən ana yaradır. Ona görə problemləri əsasən ata anadan öyrənir. Lakin birbaşa uşağı dinləmək və dinlədiyini hiss etdirmək çox vacibdir.

 

Sevgi ilə intizam yaradın!

Hər bir uşağın rəhbərliyə, intizama və sərhədə ehtiyacı vardır. Lakin daim cəzalandırma yolu ilə nəyəsə nail olmaq olmaz. Cəzalandırma və mükafatlanma tarazlığını mütləq qorumaq lazımdır. İntizamın yerini bilən atanın övladı harada dura biləcəyini yaxşı bilir. 

 

Arzu olunan model olun!

Atası ilə vaxt keçirərək böyüyən qız uşağı hörmətin nə olduğunu dərk edər və gələcəkdə həyat yoldaşlarını da elə sevər. Oğlan uşaqları isə atalarından məsuliyyəti, təvazokarlığı və dürüstülüyü mənimsəyərlər. 

 

Uşağınızın müəllimi olun! 

Uşaqlara nəyin pis və nəyin yaxşı olduğunu göstərmək ataların işidir. Bu yolda müəllim onlardır. 

 

Birlikdə yemək yeyin!

Yemək saatlarını birlikdə keçirmək ailənin ən əhəmiyyətli işidir. Həm də bu vaxt ataların uşaqları dinləmək, nəsihət etmək üçün ən yaxşı vaxtlarıdır. 

 

Uşaqlarınızla kitab oxuyun!

Müasir dünyada telefon və internet insanları ələ keçirdib. Ona görə uşaq yaşlarından onlara kitabları sevdirin.Bu gələcəkdə onlara həyatda karyera qurmağa da yardımçı olar.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system