HAVA PROQNOZU:

MÖVQE

Oxundu: 672
Almaya aldanıb qurdu yemək

Almaya aldanıb qurdu yemək

Yeni hadisələr ümidvericidir. Yaşamaq üçün bizə səbəblər verər. Çünki bir damla su, bir parça işıq, bir yetim uşaq və ya bir cılız çığırtı hər şeyi dəyişə bilər.

İslaminSesi yazar Bahadur Yavuzun məqaləsini sizə təqdim edir. 

 

" Hərarətli günlər yaşayırıq. Dövlətlərarası gərginlik sanki cəmiyyətə də təsir edərək hər kəsi oyanıq vəziyyətdə saxlayıb. Şiddətli bir cəhənnəmi andıran müharibədən qaçış yolu aranarkən digər tərəfdən xaos və döyüşə üstünlük verilir. Modernizmin guya tam pik həddində yaşayırıqmış kimi mənzərə var, amma orta əsrlər beyini ilə bir-birimizi yeyirik. Oyanıb  yuxu olmasını dilədiyimiz anlar real fotolar olaraq göz bəbəklərimizi işğal edir. 

 

Beynəlxalq  media sistemləri hər an daha dəhşətli bir xəbərlə yenilənə bilir. Lakin bir az geri dönüb köhnə hadisələrdən yazmaq istəyirəm. 

 

2001-ci il "Əkiz Qüllələrin" məhvindən sonra ABŞ elə bu fürsəti gözləyirmiş kimi əvvəl Əfqanıstana, sonra İraqa qoşun yeritdi. Elə Yaxın Şərq xaosunun tam ortasında ABŞ-da prezident seçkiləri keçirildi və 2008-ci ilə prezidentliyə Barak Obama gəldi. Bu xəbər bütün dünyanı həyəcana gətirdi. Müsəlman cografiyaı "Hüseyn" adı ilə Obama mədhiyyələr qoşdu. Obama da bu mədhiyyələrə cavab olaraq  elə belə olacağını vəd etsə də, tezliklə vəziyyətin daha gərginləşdiyi aydınlaşdı. 

 

O günlə bu gün arasında nə qədər hadisələr yaşandı. Obama yalnız "Gələn gedəni axtadırar" deyimini bir daha təsdiqlətmiş oldu. Necə deyərlər Obama ilə Buş "Yaxşı polis və Pis polis" rolunu əla oynaya bildilər. 

 

 

Artıq Yaxın Şərqdəki xalqlara "Ərəb baharı" adlı alma təqdim olundu. Elə bu irəliləyişi sevinclə qəbul etmişdik ki, sonu hər birimizə məlum olan hadisələr yaşandı. Həyat zəhərə, terror həyat tərzinə çevrildi. 

 

Alma da dəyişir, qurd da...

 

Suriyada qan -qada ara vermir. Elə bununla paralel olaraq ABŞ-da yenə seçkilər baş verdi. İndi bütün dünyanı Tramp eyforiyası bürüyüb. BMT illər sonra İsrail əleyhinə qərara imza atdı. Tramp isə Obamanın bu qərarı dəstəkləməsinə rəgmən kresloda oturan kimi hər şeyin dəyişəcəyini vəd etdi. 

 

Hər  şey ortadadı. Yeni dünya sistemi qurulur. Bağça, bağça sahibləri,hətta hava və su da dəyişilir. Təbii ki, alma da dəyişəcək, qurd da...

 

Alma gözəldir. Yaşılı var, qırmızı var. Yatmış gözəldən tutmuş Adəmnən Həvvaya qədər gedib çıxır. Ta o zamanlardan bəri almaya aldanıb, o qədər qurdu yeyənlər olub ki...

 

Lakin yenə bir ümid var: qurdsuz alma yemək. Hətta sahiblərinin israrına rəğmən..."

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system