HAVA PROQNOZU:

İQTİSADİYYAT

Oxundu: 108
Almaniya vergidən 301,8 milyard avro əldə etməyi gözləyir

Almaniya vergidən 301,8 milyard avro əldə etməyi gözləyir

İqtisadi cəhətdən Avropanın ən böyük ölkəsi olan Almaniya hökuməti bu il vergi gəlirlərindən 301,8 milyard avro toplamağı gözləyir.

İslaminsesi-nin Anadolu agentliyinə istinadla verdiyi məlumata görə, Almaniyanın Maliyyə Nazirliyi federal hökumət xərclərinin 2017-ci il üçün 328,7 milyard avro məbləğində müəyyən edildiyini, bu rəqəmin 2020-ci il üçün 349,3 milyard avroya çıxarılmasının nəzərdə tutulduğunu açıqlayıb.

 

Məlumata görə, keçən il 31,5 milyard avro olan investisiya xərcləri 2017-ci ildə 33,3 milyard avroya, 21,1 milyard avro olan təhsil və araşdırma xərcləri isə 22,7 milyard avroya yüksələcək.

 

Xərclərlə yanaşı ölkənin vergi gəlirlərində də artımın olması gözlənilir. Bu il üçün 301,8 milyard avro vergi gəliri hədəfləyən Almaniya, bu gəlirlərini 2020-ci ilə qədər gedərək artırmağı planlayır.

Vergi gəlirlərinin 2018-ci ildə 13,7 milyard avro artaraq 315,5 milyard avroya, 2019-cu il üçün isə 12,4 milyard avroluq artımla 327,9 milyard avroya yüksəlməsi gözlənir. 2020-ci ildə isə vergi gəlirlərinin 11,5 milyard avro artaraq 339,4 milyard avroya çatması nəzərdə tutulur.

 

Qeyd edək ki, Almaniya hökuməti növbəti 3 il üçün əlavə borc almadan uyğun büdcə siyasətinə davam etmə qərarı alıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İQTİSADİYYAT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system