NAMAZ VAXTLARI:
  • FƏCR 06:08
  • GÜN 07:28
  • ZÖHR 12:54
  • ŞAM 18:38
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:info@islaminsesi.az +994 70 843 2533
HAVA PROQNOZU:

İSLAM

Oxundu: 778
Allahın səltənətinin əzəmətini göstərən hədis

Allahın səltənətinin əzəmətini göstərən hədis

Allahın səltənətinin əzəmətini göstərən hədis

İslaminSesi.info – Quranın Kəhf surəsinin 109-cu ayəsində buyurulur:

 

“Əgər Rəbbimin sözlərini (nemətlərini) yazmaq üçün dərya mürəkkəb olsaydı və bir o qədər də ona əlavə etsəydik, yenə də Rəbbimin sözləri tükənmədən öncə onlar tükənərdi!”

 

Allahın nemətləri o qədər çoxdur ki onları istifadə etməklə azalmaz və tükənməz. Allahın sultanlığı insanların ibadət edib, etməməsindən asılı deyil. Əgər bütün insanlar iman gətirib saleh əməlli olsalar belə Allahın sultanlığına müsbət və ya mənfi mənada təsiri olmaz. Eləcə də insanların hamısının Allahdan uzaqlaşması onun sultanlığına xələl gətirməz. Onun səltənəti bu sözlərdən mübərradır.

 

Biharul-Ənvar əsərində (cild-77, səh-136) Peyğəmbərdən (s) belə bir hədis gəlib:

 

“Allahın Elçisi buyurdu: Mütəal Allah buyurub: Əgər bütün bəndələrimin qəlbləri ən xöşbəxt (imanlı) bəndəmin qəlbi kimi bir yerə toplaşsalar, mənim səltənətimə bir milçəyin qanadı miqdarında belə nəsə artmayacaq. Əgər bütün bu bəndələrimin istədiklərini onlara bir-bir versəm (səltənətimdən bir şey azalmaz), bu ona bənzəyər ki bəndələrim iynənin ucu miqdarında bir şeyi dənizə atıblar. Mənim əta etməyin bir və ya bir neçə kəlmədir. Bir şeyə deyərəm; Ol, olar.”

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system