NAMAZ VAXTLARI:
  • FƏCR 03:26
  • GÜN 05:13
  • ZÖHR 12:44
  • ŞAM 20:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:info@islaminsesi.az +994 70 843 2533
HAVA PROQNOZU:

İSLAM

Oxundu: 151
Allahın razılığı möminin ən ülvi hədəfi olmalıdır

Allahın razılığı möminin ən ülvi hədəfi olmalıdır

Mübarək Ramazanın 24-cü gününün duasında "Diləyənlərə bəxşiş edən Allah" ifadəsi keçir. Bu o deməkdir ki biz günah əhli olsaqda onun rəhm və mərhəməti genişdir. Əgər sidqi qəlblə diləsək rəhmi bizim halımıza şamil olar. Amma bununla yanaşı Quran mömin qarşısında ən ülvi hədəfin Allahın razılığını əldə etmək olduğunu vurğulayır. Ola bilər ki biz əfv edilək bə bağışlanaq, amma bu Allahın bizdən razı qalmaq anlamında deyil. Allahın razılığı bir mömin üçün ən böyük məqamdır. Bu məsələ 24-cü günün münacatında qeyd edilir.

İslaminSesi.info mübarək Ramazan ayının 24-cü gününün gəlib, çatması münasibətilə bu günün münacatını təqdim edir:

 

Ramazan ayının 24-cü gününün duası:

"Allahummə inni əs-əlukə fihi ma yurzik. Və əuzu bikə mimma yu-zik. Və əs-əlukət-tovfiqə fihi li-ən utiəkə və la ə-siyək. Ya cəvadəs-sailin".

Tərcüməsi:

"İlahi, bu gün səni razı salan əməlləri səndən istəyirəm. Səni qəzəbləndirən əməllərdən sənə sığınıram. Sənə tabe olmaq və sənə qarşı üsyan etməmək üçün yardım istəyirəm. Ey xahiş edənlərə bəxşiş verən Allah!"

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system