HAVA PROQNOZU:

İSLAM

Oxundu: 902
Allahı inkar edib adam olmaq istəyənlər üçün dərman

Allahı inkar edib adam olmaq istəyənlər üçün dərman

"Mənə mənəviyyatın nə olduğunu kim diktə edir?"

İslaminSesi sizə Seyid Əmmarın "Nisbi Mənəviyyatın təhlükəsi" adlı moizəsini təqdim edir. 

 

"Mənə mənəviyyatın nə olduğunu kim diktə edir? Bu hal-hazırkı cəmiyyətdə qarşılaşdığımız problemlərdən biridir. Çünki "nisbi mənəviyyat" adlı bir böyük xəstəliklə üzbəüzük. Nisbi mənəviyyatın nə olduğunu bilirsiniz? Nisbi mənəviyyat bir qrup insanın ortalığa çıxıb "Mən özüm mənəviyyat sistemi qura bilərəm" deməsidir. Mən yaxşı olduğunu düşündüyüm bir şeyi deyirəm, sən də yaxşı olduğunu düşündüyün bir şeyi deyirsən.

 

Heç kim bizə yanlış olduğumuzu söyləyə bilməz. Bu indiyə kimi içində yaşadığımız sistemlərin ən pisidir. Niyə? Çünki bir insan olaraq öz mənəviyyat qaydalarımı yaratmağa başlasam, bu mənim bir cəmiyyət qurmağımla başa çatmayacaq. İkincisi də cəmiyyəti məhv etməyimlə nəticələnəcək və bilirsiniz hansı yolla?

 

Bu vaxta kimi nə qədər ateist görmüsünüz? Onlar sizə yaxınlaşıb deyəcəklər ki, bir insan olaraq mənim Allaha ehtiyacım yoxdur. Siz ondan nəyi nəzərdə tutduğunu soruşacaqsınız. Deyəcək ki, mənim yaxşı insan olmağım üçün Allaha ehtiyacım yoxdur və nəyin yaxşı olduğunu özüm müəyyən edə bilirəm. Allahın meyarına ehtiyacım yoxdur. "Yaxşı olsun"-deyərəm. Mənə nəyin yaxşı olduğunu de. Onlar deyəcəklər ki, kasıblara əl tutmaq yaxşı bir hərəkətdir. 

 

 

"Yaxşı sənin sisteminə görə bu yaxşıdır. Ancaq mənə görə bu pisdir. Onlar deyəcək ki, valideynə yardım etmək lazımdır. Deyəcəm mənim bu barədə fikrim pisdir. Onlara üzümü tutub deyəcəm: "Mənim səhv etdiyimi deyə bilərsənmi?" Çünki müəyyən bir ölçü yoxdursa, öz mənəviyyat sistemimi yarada bilərəm.

 

Kim sizə deyib ki, valideynə yaxşılıq etmək yaxşı əməldir? Onlar: "Cəmiyyət"-deyə cavab verəcəklər. "Mənə 20 il vaxt verin, mən onların fikrini dəyişərəm." -deyə cavab verəcəm. Eynilə onlara pedofiliya yaxşı bir şeydir -deyə cavab da verə bilərəm. Onlar tez "Sən nə danışırsan, bu heç də yaxşı bir iş deyil, bunu necə deyə bilərsən? -deyə etiraz edərlər. Yenə qayıdıb sual verəcəm: "Kimin fikrinə görə pisdir? Deyəcəklər cəmiyyətin fikrinə görə. Yenə deyəcəm "Mənə 20 il vaxt verin mən cəmiyyətin fikrini dəyişərəm." Beləcə bu dialoq sürər. Çünki hal-hazırkı cəmiyyətdə mütləq mənəviyyat adlı bir şey yoxdur. Hər bir fərd öz mənəviyyat sistemini özü yaradır." 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system