NAMAZ VAXTLARI:
  • FƏCR 03:26
  • GÜN 05:13
  • ZÖHR 12:44
  • ŞAM 20:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:info@islaminsesi.az +994 70 843 2533
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 108
Ağcabədidə avtomobil körpüdən su kanalına aşıb -Video

Ağcabədidə avtomobil körpüdən su kanalına aşıb -Video

Ağcabədidə minik maşını Qarabağ su kanalına düşüb.

İslaminSesi "Report"un Qarabağ bürosunun məlumatına istinadən bildirir ki,  hadisə rayonun Təzəkənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ 21011" markalı avtomobil idarəetməni itirərək körpüdən aşıb və su kanalına düşüb.

Hadisə zamanı sürücü Məmmədov Seymur İnqilab oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtomobil xüsusi texnika vasitəsi ilə su kanalından çıxarılıb.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system