NAMAZ VAXTLARI:
  • FƏCR 03:26
  • GÜN 05:13
  • ZÖHR 12:44
  • ŞAM 20:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:info@islaminsesi.az +994 70 843 2533
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 85
ABŞ koalisiyası İŞİD-ə aviazərbə endirən Suriya təyyarəsini vurub

ABŞ koalisiyası İŞİD-ə aviazərbə endirən Suriya təyyarəsini vurub

ABŞ koalisiyası Rəqqa şəhərinin cənubunda ər-Rəsafə qəsəbəsi ətrafında Suriya Hərbi Hava Qüvvələrinə məxsus bir hərbi təyyarəni vurub.

İslaminSesi.info əl-Məyadinə istinadla xəbər verir ki, bu barədə Suriya Ordusunun Baş Qərargahı məlumat verib.

 

Bildirilib ki, ABŞ koalisiyasının təyyarələri Suriya Ordusunun bir hərbi təyyarəsini vuraraq, düşürüb və təyyarəçinin vəziyyət naməlum olaraq qalır.

 

Bundan sonra ABŞ Ordusu bəyanat verib ki, “Suriya Ordusunun təyyarəsi koalisiyanın dəstəklədiyi birləşmələrin yaxınlığına hava zərbələri endirib”

 

Suriya Ordusunun Baş Qərargahının bəyanatında bildirilir ki ABŞ-ın bu addımı İŞİD-lə həmkarlıq etdiyini bir daha ortaya qoyur.

 

Bu arada “Suriya İnsan Hüquqları Müşahidə Qrupu” bildirib ki təyyarənin vurulmasından sonra Rəqqanın cənubunda və Rəsafənin şimalında kürd bölmələri ilə Suriya Ordusu arasında qarşıdurma baş verib.

 

Qeyd edək ki ərazidə yerləşən Rəsafə şəhəri ordunun əlinə keçərsə ABŞ-ın dəstəklədiyi kürd bölmələrinin Dirazzur istiqamətdə irəliləməsi çətinləşəcək.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system