NAMAZ VAXTLARI:
  • FƏCR 03:26
  • GÜN 05:13
  • ZÖHR 12:44
  • ŞAM 20:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:info@islaminsesi.az +994 70 843 2533
HAVA PROQNOZU:

SOSİAL

Oxundu: 190
ABŞ əhalisinin 16 milyonu elə bilir ki, şokoladlı süd qəhvəyi rəngli inəkdən alınır

ABŞ əhalisinin 16 milyonu elə bilir ki, şokoladlı süd qəhvəyi rəngli inəkdən alınır

Amerikanın yetkinlik yaşından yuxarı olan bütün əhalisinin yeddi faizi hesab edir ki, şokoladlı süd qəhvəyi rəngdə olan inəklərdən sağılır.

İslaminSesi washingtonpost-a istinadlla xəbər verir ki, bu nəticəyə ABŞ-ın Süd Məhsulları üzrə İnnovasiya Mərkəzinin milli səviyyədə onlayn şəkildə keçirdiyi sorğularından sonra gəlinib.

 

Bu isə riyazi hesablamalarla ölkənin südlü içki istehlak edən əhalisinin 16.4 milyonunun səhv məlumata sahib olması deməkdir. Müqayisə etsək deyə bilərik ki, Pensilvaniya ştatının əhalisinin bu qədəri şokoladlı südün süd, kakao və şəkərdən ibarət olduğunu bilmirlər.

 

 Kənd təsərrüfatı, qidalanma və təhsil sahəsinin müşahidəçiləri on illər ərzində belə nəticəyə gəliblər ki, amerikalıların bir çoxu əsasən kənd təsərrüfatı baxımından savadsızdırlar - onlar ərzaq məhsullarının harada yetişdirildiyini, onların mağazalara necə düşdüyünü, hətta bu şokoladlı süd məsələsində olduğu kimi onun tərkibinin nədən ibarət olduğunu bilmirlər.

 

Anoloji hal ABŞ-da 90-cı illərin əvvəllərində də qeydə alınmışdı. O zaman ölkənin Kənd Təsərrüfatı Tədqiqatlarının idarələrindən biri 5 yetkinlik yaşından yuxarı insandan birinin hamburgerlərin mal ətindən hazırlandığını bilmədiyini müəyyən etmişdi. Məlumata görə, insanlarıın bir çoxunun adi əkinçilik faktları ilə tanışlığı yox idi - məsələn onlar bilmirdilər ki, heyvanlar hansı ərzaq məhsullarını yeyirlər.

 

Və indi də ABŞ-ın kənd təsərrüfatı üzrə təhsil sahəsinin mütəxəssisləri əmindirlər ki, illərin keçməsindən sonra elə də çox şey dəyişməyib.

 

ABŞ-ın ibtidai təhsil məktəblərinə kənd təsərrüfatı və qidalanma sahəsini gətirən FoodCorps qeyri-kommersiya təşkilatının həmtəsisçisi Sesili Apton bu məsələni xarici amillərlə bağlı olduğu ilə izah edir. O deyir ki, ABŞ təhsil sistemində uşaqlara ərzaqların dükanlara haradan gəldiyini izah edən heç bir şey yoxdur.

 

Misal üçün mütəxəssislər Kaliforniya şəhər məktəbində müşahidə ediblər ki, uşaqlardan yarıdan çoxu turşu xiyarın əvvəlcə xiyar olduğunu və ya soğan və kahının tərəvəz olduğunu bilmirlər: 10 nəfərdən 4-ü bilmirdi ki, hamburgerlər inəkdən əmələ gəlir, və 10 nəfərdən 3-ü bilmirdi ki, pendir süddən hazırlanır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SOSİAL XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system